“Mobil hökumət” yaradılmadan “Rəqəmsal hökumət” QURULA BİLMƏZbackend

Dövlət Qurumlarına aid xidmətlərin “Mobil tədbiqlər” vasitəsi ilə verilməsi aktual məsələlərdən biridir.

Bu haqda hesabat formalaşdırmağa çalışdım. Bu istiqamətdə heç bir reyestr olmadığı üçün açıq internet resurslarından əldə etdiyim məlumatlarla hazırladığım hesabatı təqdim edirəm. Yeni məlumatlar olarsa siyahını genişləndirəcəm.

“KOB növbə” ( KOBİA )
“Asan növbə” ( ASAN )
“Asan Müraciət” ( ASAN )
“MyGov” ( Elektron Hökumətin İnkişafı Mərkəzi )
“eAgro” ( Elektron Hökumətin İnkişafı Mərkəzi )
“Asan ödəniş” ( Elektron Hökumətin İnkişafı Mərkəzi )
“Hökumət Ödəniş Portalı” ( Azərbaycan Respublikasi Mərkəzi Bankı )
“Elektron Səhiyyə” ( Azərbaycan Respublikası Səhiyyə Nazirliyi )
“SmartPay” ( Məlumat Hesablama Mərkəzi )
“e-Tebib” ( Məlumat Hesablama Mərkəzi )
“e-Sosial” ( Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi )
“Azemis” Elektron Məhkəmə İnformasiya sistemi ( Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi )
“Mobil Notariat” ( Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi )
“Smart Customs” ( Dövlət Gömrük Komitəsi )
“Dövlət Gömrük Komitəsi”  ( Dövlət Gömrük Komitəsi )
“DYP Cərimə Öyrən”  ( Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi )
“MigAz” ( Dövlət Miqrasiya Xidməti )
“E-Tapsiriq” ( Azərbaycan Respublikası Təhsil Nazirliyi )
“e-TAİM” ( Təhsildə Araşdırma və İnkişaf Mərkəzi Əlavə Təhsil Müəssisəsi )
“Elektron Əmlak” ( Əmlak Məsələləri Dövlət Xidməti )
“ƏMDK – İTMİM” ( Əmlak Məsələləri Dövlət Xidməti )
“Baku Transport – BakuBus və Xalq Faiqoğlu”  ( BakuBus )
“AZAL Mobile – ( Azərbaycan Hava Yolları )
“Avtovagzal – Bus Tickets” ( Bakı Beynəlxalq Avtovağzal Kompleksi )
“Baku Metro” ( Bakı Metropoliteni )
“Azərişıq” ( Azərişıq )
“Azərsu” ( Azərsu )
“AzNav” ( Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti )

Tədbiqlərin mülkiyyətçisinə aidiyyatlı qurumların adlarını yazdığıma baxmayaraq bir neçə tədbiqdən başqa heç bir tədbiqin mülkiyyətçisi düzgün qeyd olunmayıb, fərdi adlar və hüquqi şirkətin adları mülkiyyətçi kimi qeyd edilib və ya qeyri-müəyyən formada qeydlər edilib. Dövlət investisiyası vasitəsi ilə yaradılan və qurumların balansında olması gərəkən bu qeyri-maddi aktivlərin mülkiyyətçilərinin düzgün qeyd olunmaması gələcəkdə şəxslər və şirkətlər tərəfindən mənimsənməyə yol aça bilər.

Siyahıdən məlum olduğu kimi 3 ədəd dövlət investisiyası hesabına yaradılmış ödəniş sistemi var. Bu istiqamətdə ilk mandatlı qurum Mərkəzi Bank olmuşdur. Kommunal və nəqliyyat vasitələri üzrə yaradılan tədbiqləri qənaətbəxş hesab etmirəm. Əlavə olaraq qeyd edim ki, bir çox Qurumlara aid funksionalsız həmçinin Qanun Məcəllələrini əks etdirən məlumatlandırıcı tədbiqləri siyahıya qeyd etmədim. Həmçinin bu siyahıdakı tədbiqlərin də əksər hissələri məlumatlandırıcı xarakterlidir, Funksional qismləri qurumun tək bir xidmətinin çox az hissəsini əhatə etməsinə baxmayaraq müasir dizayn standartlarına uyğun və başa düşülən deyil. Bir neçəsini çıxmaq şərti ilə, Mobil tədbiqlər üzərindən qurumların verdiyi elektron xidmətlər müasir tələblərə cavab vermir.

Elektron Hökumət və Mobil Hökumət anlayışı nədir? Qurumların xidmətlərini ənənəvi üsuldan elektron müstəviyə keçirmək, həmçinin onları bir çətir altında toplamaq və vətəndaşlara vahid platforma üzərindən xidmət verməsidir. Qurumların xidmətləri və iş prosesləri elektron müstəviyə keçmədən Rəqəmsal Hökumət qurula bilməz, həmçinin də Ağıllı Şəhər və Kənd konseptləri də tamamlana bilməz.

Mobil Hökumətin əhəmiyyəti: Nəzərə alsaq ki, əhalinin əksər böyük hissəsi Ağıllı telefon və planşetlərdən istifadə edir, PC və Noutbooklar peşəkar iş mühitində aktual olsa da, siravi insanların günlük həyatında o qədər də intensiv istifadə olunmur. Bu prizmalardan yola çıxaraq əhalinin Mobil Hökumət vasitəsi ilə elektron xidmət alması gələcəkdə daha aktual olacaqdır. Əlbətdə bu addımlar mərhələli şəkildə olmalıdır. Hər bir halda bugün dövlət investisyası ilə yaradılan elektron xidmətlər gələcək üçün də hesablanmalıdır.

Xidmətlərin elektron müstəviyə keçməsi üçün Qurumların İT infrastrukturu müasir standartlara cavab verməlidir. Qurumlararası məlumat mübadiləsinin elektron müstəviyə keçməsi zəruridir. İKT üzrə vahid standartlar bütün qurumlarda eyni ilə tədbiq olunmalıdır.

Bəzi texniki problemlər: Qurumlararası İKT üzrə vahid standartlar tədbiq olunmur. Həmçinin elektron məlumat mübadiləsi zamanı gələn məlumatların arasında bir çox halda aydın olmayan və ya boş  gələn məlumatlar həddən artıq çoxdur. “Mərkəzləşdirilmiş məlumat bazası” məsələsi üzrə daha öncə ses-küyünü eşitdiyimiz ama əyani görmədiyimiz “ASAN Bridge” layihəsinin aqibətini bilmədiyim üçün şərh edə bilmirəm ama ölkəyə bu konsepsiyada bir layihənin zərurəti Rəqəmsal Hökumət üçün çox əhəmiyyətlidir. Çünki qurumlar nədənsə məlumatları özəlləşdiriblər, servis vermək istəmirlər və hər dəfə yeni layihə yaradılarkən digər qurumlardan gələn məlumatlar üçün o quruma müraciət olunur. Bu məsələnin həlli mərkəzləşdirilmiş məlumat bazasının olması, hər bir qurum məlumatları o mərkəzə elektron formada göndərməli və yeni yaradılacaq layihələrin də tək bir mərkəzdən bütün qurumlara aid məlumatları alması optimallığı təmin edəcəkdir. Həmçinin də yeni yaradılacaq layihələrdə servislə gələn məlumatlar əsasında emal olunan, yenilənən və ya təsdiqlənən məlumatlar həmin mərkəzə servis vasitəsi ilə qaytarılmalıdır. Bu məlumatlar (servislərin) podratçı şirkətlərə verilə bilər və ya bilməz məsələsini isə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyin, “Fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmətlərin göstərilməsi fəaliyyəti üçün xüsusi razılıq (lisenziya) verilməsi” lisenziyası ilə cavablandırmaq olar.  Bu lisenziyaya sahib olan şirkətlər icra etdikləri dövlət layihələrində digər qurumlardan gələn məlumatların sevislərini əldə etməkdə çox çətinlik çəkir və sifarişci qurumda əlavə kargüzarlıq yaradır. Texniki tapşırıqda tələb qoyulan bütün servislər şirkətə mərkəzləşdirilmiş bazadan təmin edilməlidir.

Adminstrativ problemlər nələrdir? Layihələrin uğursuz olmasındakı əsas səbəblərdən biri də yaradılacaq olan layihərin qurumlarda İT biliyi olmayan şəxslərin nəzarətində ( kurasiyasında ) olmasıdır. Bu səriştəsiz şəxslər heç bir müasir standartları nəzərə almadan məlumatsız olduqları bir sahədə dövlət qurumunun adından çıxış edərək layihələrin ərsəyə gəlməsinə maneə olacaq tələb və istəklər qoyaraq işi daha da çıxılmaz vəziyyətə gətirib çıxardır. Uİ/UX (Dizayn) məsələrində funksionallığın və data arxitekturasını nəzərə almadan qoyulan qeyri-peşəkar istəklər, aktuallığını itirmiş, istifadə olunmayan funksionallıqların tələb edilməsi və bir çox məsələ tək bir şəxsin hegemoniyasında cəmləşir. Layihələrə start alarkən, Biznes Analitik və Biznes Donor olmadan sənəd xatirinə hazırlanmış texniki tapşırıqlar və ya texniki tapşırıq olmadan başlanan layihər əlbətdə ki, uğursuzluqla nəticələnməlidir.

Kommunal xidmətlər: Bu sahədə fəaliyyət göstərən, həmçinin ərazilərdə qurğuları olan dövlət qurumlarının ölkəmizin 4-cü sənaye inqilabına keçid mərhələsində olduğundan bixəbər olması da başqa bir problemdir. Bu sahədə satınalmaların intensivliyini gördükcə dövlət investisiyasının müasir olmayan qurğulara xərclənməsi və aktual olmayan texnologiyalarla iş aparması bir mütəxəssis olaraq məni narahat edir. Kommunal sahədə satış və xidmət ilə məşğul olan ( istehsal xaric ) dövlət qurumlarının hələ də vahid xidmət göstərməməsi bu sahədə avtomatlaşma prosesinin xərclərini bir neçə dəfə artıracaqdır.

Ekspert Rəyi: Dövlət qurumlarının yaratdığı “Mobil Tədbiqlər”-in hal-hazırki vəziyyəti qənaətbəxş deyil. Qurumlararası məlumat mübadiləsi mərkəzləşməyib, Servislər ilə gələn məlumatlar natamamdır. Ümumi ölkə üzrə vahid İT standartları və arxitekturası tədbiq olunmur. İKT üzrə keçirilən tenderlərdə lisenziyali şirkətlərin lisenziyasız şirkətlər ilə arasında fərq qoyulmur. Son olaraq İKT mühitinə aid olmayan şəxslər bu sahəyə cavabdehliyi İKT-nin düzgün inkişaf etməsini bloklayır.

İKT üzrə müstəqil ekspert Elvin ABBASOV