Moda evi Hermes satışları birinci rübdə 23% artıbbackend

Dəbdəbəyə olan güclü tələbat, Avropa və ABŞ, eləcə də Yaponiyada artan satışlar sayəsində birinci rübdə Hermès International-ın satışlarını 23% artıraraq 3,38 milyard avroya çatdırdı.

Bu barədə WWD yazır.

“2023-cü ilin birinci rübü 2022-ci ilin güclü nəticələrinə uyğundur və müştərilərimizin sadiqliyi ilə idarə olunan bütün dünyada kolleksiyalarımızın uğurunu əks etdirir.

Biz istehsal potensialımızı gücləndirməkdən və sənətkarlıq modelimizi konsolidasiya etməkdən qürur duyuruq”, – deyə baş icraçı Axel Dumas bildirib. Son bir ildə brendin məhsullarının 10%-ə qədər qiymət artımı istehlakçı tələbini zəiflətməyib.

Mənbə: Lenta.ru

İctimai.az