Möhtəşəm paradbackend

Dekabr ayının 10-da 44 gün Vətən Müharibəsində əldə olunan möhtəşəm səfərdən sonra Bakıda keçirilən əsrarəngiz Zəfər paradının iki ili tamam olur. Azərbaycan Ordusunun 44 gün ərzində qazandığı qələbənin şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri iştirak etmişdilər. Zəfər paradında yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də dəvət olunmuşdurlar.

Paradadın rəmzi bayrağı kimi, Şuşa şəhəri işğaldan azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırımış Zəfər bayrağı qəbul olunmuşdur. Zəfər paradında 150-dək hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir.

Azərbaycan ordusu bu qələbəni şəhidlərin canı, qazilərin qanı və vuruşanların vicdanı hesabına qazandı. 44 gün ərzində silahlı qüvvələrimiz bir gün də olsun eyni mövqedə qalmadılar və bir nəfər də olsun fərari olmadı. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı hələ başa vurmamışıq. Bax bu budur əsl vətənpərvərlik., bax budur əls qəhrəmanlıq. Bu xalq əyilməz və mərd bir xalqdır.

Ikinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini deyil, uzun illər ərzində formalaşdırılmış, Erməni mifini də məhv etdi. Ermənistan ordusu həm də mənəvi məğlubiyyətə uğradı, çünki müharibə dövründə 10 mindən çox erməni əsgəri fərarilik etdi.

Qələbə çalmış Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq qurumların ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşlar və mülki işçilər Vətən Müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, habelə yeni təsis olunmuş 15 medalla  fərqlənən əsgər və zabitlərimiz təltif olunmuşdular.

Ordumuzun qələbəsinin əbədiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalamış, həmçinin Hərbi Qənimətlər Parkının salınmasının təşəbbüskarı olmuşdur.

Hərbi Qənimətlər parkındakı  eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, habelə döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları vardır. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir.

Ikinci Qarabağ müharibəsi Azərbaycanda vətəndaş həmrəyliyi və siyasi birliyin olduğunu bir daha gündəmə gətirdi. Belə ki, 15 iyul 2020-ci il tarixində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş vermiş hərbi təxribat nəticəsində müstəqillik tariximizdə ilk dəfə olaraq ölkədə fəaliyyət göstərən siyasi partiyaların 43-ü, 27 sentyabr tarixində isə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı ilə əlaqədar 52 siyasi partiyadan 50-si ölkə Prezidenti, Ali Baş Komandanın ətrafında birləşdi və birgə dəstək bəyanatı imzaladıllar.

Məlum olduğu kimi ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb oldu. Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uzun illər ərzində bütün beynəlxalq tədbirlərdə və platformalarda Azərbaycan həqiqətlərini çatdırmaq istiqamətində böyük işlər apardılar və bu işin çox yüksək səmərəsi oldu. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi. Beləliklə, münaqişənin həlli üçün hüquqi zəmin yaradıldı.

Azərbaycan ordusunun qəhrəmanlığı və şücaəti nəticəsində qazandığımız qələbə düşməni 2020-ci ilin 10 noyabr tarixində kapitulyasiya aktına imza atmağa məcbur etdi. Bu kapitulyasiya aktına görə, bir güllə atmadan və heç bir şəhid verilmədən Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, həmin rayonlarda Azərbaycan bayrağı qaldırıldı.

Müharibənin gedişində ermənilər döyüş meydanında uğradıqları məğlubiyyətin əvəzini mülki əhalini qətl etməklə şıxmaq istədilər. Bu isə hərbi cinayərdir. Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu bombalarla və kasetli bombalarla atəşə tutuldu. Namərd atəş nəticəsində 100-ə yaxın mülki vətəndaş, o cümlədən uşaqlar, qadınlar və qocalar həlak olmuş, dörd yüzdən çox mülki vətəndaş yaralanmışdır.

Zəfər paradaında iki qardaş dövlətin başçıları – Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etmiş və paradı qəbul etmişlər. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. Vətən müharibəsinin ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi.

Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev demişdir: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır.”

Paşa-zadə Kamal Çingiz oğlu
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi