Moldovada baş nazirin müavini Oleq Serebrian Dnestryanı problem üzrə danışıqlar aparan şəxs vəzifəsindən kənarlaşdırılıb.
TASS bu barədə Moldova parlamentinin rəhbəri İqor Qrosuna istinadən xəbər verir.
“Cənab Serebryan Türkiyəyə səfir təyin olunacaq. Baş nazir yaxın vaxtlarda bu vəzifəyə təyinatını açıqlayacaq. Bu, yaxşı namizəd olacaq”, – Qrosu deyib.
Serebryan son üç ildə Dnestryanı bölgənin reinteqrasiya siyasətinə cavabdeh olub. Kadr dəyişikliyinin səbəbləri açıqlanmayıb.