Moldovanın keçmiş prezidenti İqor Dodon deyir ki, Moldova hakimiyyəti ictimai televiziyada seçki debatları zamanı öz opponentlərinə rus dilində danışmağı qadağan etmək kimi qəddar addım atmaq qərarına gəlib.
O, Telegram kanalında bu qərarın rusofob siyasətin növbəti təzahürü olduğunu qeyd edib.
“Hakim Fəaliyyət və Həmrəylik partiyası PAS və onun müxtəlif dövlət qurumlarının başında duran əlaltıları ksenofobiya və açıq faşizmin dərinliyinə doğru sürüşürlər. Ölkənin bütün vergi ödəyiciləri, o cümlədən rusdillilər tərəfindən maliyyələşdirilən ictimai televiziya kanalında seçkiqabağı debatlar zamanı seçki rəqibinə rus dilində danışmaq hüququ verilmədiyi açıq-aşkar insidenti təsvir etməyin başqa yolu yoxdur”, – Dodon yazıb.
O əlavə edib ki, belə bir qərara heç bir əsas ola bilməz. Dodon vurğulayıb ki, noyabrın 5-də keçiriləcək yerli seçkilərdə hakimiyyət moldovalıların səsini almamalıdır.
Mənbə: Lenta.ru