Moldovanın 2025-2035-ci illər üçün yeni hərbi strategiyası NATO standartlarına keçidi və Silahlı Qüvvələrin modernləşdirilməsini nəzərdə tutur.
Moldova silahlı qüvvələrini modernləşdirməyi planlaşdırır. Bunun üçün yeni avadanlıqların alınması, infrastrukturun inkişafı və kadrların hazırlanması tələb olunur. Müdafiə xərclərinin də ÜDM-in 1%-nə qədər artacağı gözlənilir.
Moldova hakimiyyəti silahlı qüvvələrinin sayını 30% artıraraq 8500 hərbçi və 2000 mülki şəxsə çatdıracaq.