Moldova islahatlar və iqtisadi artım üçün Aİ-dən 1,9 milyard avro alacaqbackend

Aİ Şurası Moldovaya 1,9 milyard avroluq yardım paketini təsdiqləyib.

“1,9 milyard avroluq paket Moldova üçün Aİ-nin ən böyük maliyyə dəstəyi paketidir. Bu, iqtisadiyyatı stimullaşdıracaq və islahatları sürətləndirməklə ölkəni Aİ üzvlüyünə yaxınlaşdıracaq”, – sənəddə deyilir.

Keçən may ayında büdcə və insan resursları üzrə Avropa komissarı Yohannes Han Moldovanın 2030-cu ilə qədər Aİ-yə üzv ola biləcəyini bildirmişdi. O qeyd edib ki, ölkənin Avropa İttifaqına qəbul olunmaq üçün hələ bir sıra işləri var. Bunu vaxtında etsə, “real danışıqlar” başlaya bilər. Xanın sözlərinə görə, Moldovanın “ev tapşırığı” ədliyyə sisteminə və qanunun aliliyi prinsiplərinə sadiqliyinə aiddir.