İclasda Moldova hakimiyyəti MDB-yə üzv dövlətlərin xarici sərhədlərinin mühafizəsi üzrə məlumat mübadiləsi haqqında sazişi ləğv etmək qərarına gəlib.
Bu barədə ölkənin baş naziri Dorin Recean bildirib.
“Qərar verilir. Qeyd etmək istərdim ki, bu gün belə sazişə əməl olunması Moldova üçün risk daşıyır”, – Reçan izah edib.
Onun sözlərinə görə, indi izah etmək lazımdır ki, bu razılaşmalar artıq praktiki xarakter daşımır.
