Moldovanın təhsil müəssisələrindən qar fırtınası və kəskin soyuqlar səbəbindən qış tətillərini uzatmaq istənilib.
Bu barədə ölkənin təhsil naziri Dan Perçiun Facebook səhifəsində məlumat verib.
Rəsmi şəxs aydınlıq gətirib ki, təhsil müəssisələri öz mülahizələrinə əsasən tətilləri bir gün – 12 yanvara qədər uzada bilərlər.
Dövlət Meteorologiya Xidməti yenidən mərkəzi və şimali Moldovada qar, yağış və güclü küləklə bağlı sarı xəbərdarlıq elan edib. Meteoroloqlar şimalda temperaturun -18°C-yə düşəcəyini gözləyirlər.















