Moldova müxalifəti vətəndaş itaətsizliyi kampaniyasına başlayıbbackend

Moldova müxalifətçisi İlan Şor respublikada vətəndaş itaətsizliyi kampaniyasının başladığını elan edərək, vətəndaşları bir ay ərzində vergi ödəməməyə çağırıb.

Bu barədə“Pobeda” blokunun mətbuat xidməti məlumat yayıb.

O, videomüraciətində “Bir ay vergi ödəməyin, dövlətin tələb etdiyi heç bir iş görməyin. Bir aya bu sarı cəfəngiyyatı çıxaracağıq və sizə kişi kimi sözümü verirəm” dedi.

Bundan əvvəl Şor moldovalıları mövcud hakimiyyətə qarşı müddətsiz etiraz aksiyası keçirməyə çağırıb. Görüş yeri Böyük Millət Məclisi Meydanı seçildi.