Moldova Baş Polis Komissarlığının rəhbəri Viorel Cernautanu bildirib ki, Moldova hüquq-mühafizə orqanlarının əməkdaşları fəaliyyətinin respublikada sabitliyi pozmaq məqsədi daşıyan “rusiyapərəst agent şəbəkəsi”ni aşkar ediblər.
Bu barədə “Spiegel” xəbər verir.
Moldova Polisi Baş Komissarlığının rəhbərinin sözlərinə görə, şəbəkəyə Rusiya tərəfi nəzarət edir, onun üzvləri Rusiya Federasiyasından Moldovaya “çox konkret məqsədlə” gəliblər.
Cernautanunun fikrincə, onlar “yerli qərbyönlü hökuməti zəiflətmək” niyyətində idilər. Polisin məlumatına görə, respublikada ümumilikdə beş-on nəfərdən ibarət on qrup yaradılıb.
Mənbə: BBC.com
İctimai.az

