Moldova Pravoslav Kilsəsi hakimiyyətin təzyiqlərindən narahat olduğunu bildirib. Müvafiq bəyanat Moldova Metropolitanlığının saytında dərc olunub.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları keşişlərin evlərinə gələrək onları müxtəlif anlaşılmaz ifadələrə imza atmağa məcbur edirlər”, – deyə məlumatda bildirilir.
Sərhəd keçid məntəqələrində keşişlərin də geniş axtarışlara məruz qaldığı iddia edilir. Metropolis həmçinin din xadimlərinə qarşı təzyiqlərin səviyyəsi baxımından Moldovanın vəziyyətini sovet dövrü ilə müqayisə edərək ruhanilərə qarşı yeni təhdidlər barədə məlumat verib.
Mənbə: Lenta.ru