Moldova prezidenti deyib ki, Ukrayna danışıqlar masasında iştirak etməlidirbackend

Moldova Ukraynanı tam dəstəkləyir. Bunu X sosial şəbəkəsindəki səhifəsində respublika prezidenti Maya Sandu yazıb.

“Ədalətli və davamlı sülh yalnız Ukrayna ilə danışıqlar masası arxasında, onun gələcəyini müstəqil şəkildə müəyyən etməklə əldə edilə bilər. Avropa bu səylərdə əvəzolunmazdır – bizim ümumi təhlükəsizliyimiz bundan asılıdır”, – o yazır.

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp avqustun 15-də Alyaskada danışıqlar aparmaq barədə razılığa gəliblər.Əsas mövzu Ukraynada sülhdür. Qərb mediası iddia edir ki, müzakirə olunan təkliflər arasında ərazilərin mübadiləsi və Kiyevin NATO-ya üzv olmaqdan imtinası ola bilər.