Moldova prezidenti Sandu bildirib ki, 2030-cu ilə qədər ölkə Aİ-nin üzvü olacaqbackend

Moldova prezidenti Maia Sandu bildirib ki, 2030-cu ildə ölkə Avropa İttifaqına üzv olmalıdır.

TV8 kanalı xəbər verir ki, o, bunu parlamentin divarları qarşısında çıxışı zamanı deyib.

“İndi bizim Avropa ailəsinin tamhüquqlu üzvü olmaq üçün real şansımızdır. Bizi Aİ dövlətləri dəstəkləyir, moldovalılar Avropa yolunu seçiblər”.

Sandu vurğulayıb ki, üç onillik ərzində Moldova “bir neçə yolla getməyə çalışıb: hamısı uğursuz oldu”. “Aİ-yə üzv olan dövlətlər indi öz vətəndaşlarının rifahını və təhlükəsizliyini təmin etsələr də, Moldova əsirlikdən çətinliklə xilas olur”, o əlavə edib.

Mənbə: Lenta.ru

İctimai.az