Moldova Xarici İşlər Nazirliyi öz Telegram kanalında Kişinyovun Rusiya ilə mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyəti haqqında hökumətlərarası sazişi ləğv etdiyini açıqlayıb.
Moldova Xarici İşlər Nazirliyi bunun birtərəfli qaydada həyata keçirildiyini vurğulayıb.
“Xarici İşlər Nazirliyi 1998-ci ildə bağlanmış mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyəti haqqında Moldova-Rusiya hökumətlərarası sazişi birtərəfli qaydada ləğv etmək qərarına gəlib”, – deyə məlumatda bildirilir.
Mənbə: Lenta.ru