Moldova sakinləri Rumıniyaya qoşulmaq istəklərini bildiriblərbackend

Moldova xalqı Rumıniyaya qoşulmaq arzusunu bildirdi.

Bu barədə Newsmaker portalı sorğuya istinadən məlumat yayıb.

Qeyd olunur ki, Rumıniya ilə birləşmək istəyənlərin ən çoxu Avropayönlü siyasi qüvvələr arasındadır. Moldovanın Rumıniyaya qoşulmasını respondentlərin 36,7%-i dəstəkləyib ki, bu da ötən ilki nəticəni üstələyib.

Nəşrin müəlliflərinin yazdığı kimi, mart ayında məqsədi Rumıniya ilə birləşmə olan “Milli birləşmə platforması” meydana çıxdı.