Moldova Sandu məğlub olacağı təqdirdə ölkəyə mümkün hücumu açıqlayıbbackend

Prezident Maia Sandu-nun Fəaliyyət və Həmrəylik Partiyası (PAS) seçkilərdə məğlub olarsa, Ukrayna Moldovanı vura bilər.

Bu fikri Qaqauziya24 Telegram-kanalına istinadən Moldova hökuməti kanslerinin Qaqauziyadakı ərazi ofisinin rəhbəri Serxi Çernev bildirib.

O, bəyan edib ki, Sandu partiyası uduzsa, Moldova Rusiyanın Odessa vilayətinə hücumu üçün “hərbi mərkəzə” çevriləcək və Ukrayna buna imkan verməyəcək.

“Ukraynalılar gözləməyəcək; onlar bizə qarşı hərbi güc tətbiq etməyə məcbur olacaqlar. Və bu mərmilər, bu raketlər Baltı, Kişinyov, Vulkanesti, Komrat, Cahula düşəcək” dedi.