Moldova Ukraynadan taxıl tədarükünə məhdudiyyətləri uzadıbbackend

Moldova hökuməti daxili bazarı dəstəkləmək üçün Ukraynadan taxıl tədarükünə məhdudlaşdırıcı tədbirləri iyun ayına qədər uzatmaq qərarına gəlib. Bu barədə TASS Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən yazır.

“Buğda, qarğıdalı və günəbaxan tumlarının idxalı icazə lisenziyası əsasında davam etdiriləcək. Daxili bazarda qiymət sabitliyini qorumaq məqsədilə bu tədbir 3 ay müddətinə uzadılıb”, – deyə məlumatda bildirilir.

Məhdudiyyətlər 2023-cü ilin oktyabrında moldovalı fermerlərin etirazları fonunda tətbiq edilib. Fermerlər Şərqi Avropa ölkələrinin əvvəllər etdiyi kimi, Ukrayna taxılının ölkəyə idxalına qadağa qoyulmasını tələb ediblər.

Mənbə: TASS