Moldova vətəndaşı ekstremistlər siyahısına daxil edilibbackend

FSB tərəfindən saxlanılan Moldova vətəndaşı Yevgeni Kurdoğlu Rusiyada terrorçu və ekstremistlər siyahısına əlavə edilib. Bu barədə Rosfinmonitorinq saytında məlumat verilib.

“Kürdoğlu Yevgeni Mixayloviç- 12 noyabr 1992-ci ildə anadan olub, Moldova Respublikası, Vulkanesti rayonu, Cismiçoi kəndi”, – elanda deyilir.

Aprelin 14-də Federal Təhlükəsizlik Xidməti Krımda Moldova vətəndaşı Yevgeni Kurdoğlunun saxlanması barədə məlumat yayıb.