Moldovada dörd partiya siyasi blok yaradıb və Avropaya inteqrasiyanı dəstəkləyibbackend

Moldovanın “Ləyaqət və Həqiqət Platforması” (DA), “Birlik və Rifah Koalisiyası” (CUB), “Şəhərlər və İcmalar Liqası” (LOC) ictimai-siyasi hərəkatı və Dəyişiklik Partiyası “Birgə” siyasi partiyasını yaradıblar.

Agentlik Dəyişiklik Partiyasının lideri Stefan Qliqorun sözlərini sitat gətirir: “Birgə siyasi blok Moldovanın Avropa kursunu təmin etmək, üzləşdiyimiz siyasi riskləri neytrallaşdırmaq və cəmiyyəti birləşdirmək üçün yaradılıb”.

O bildirib ki, siyasi blokun üzvləri də “Avropa üçün pakt” layihəsini bəyənib və Moldovada “bütün sağlam siyasi qüvvələr üçün” yaradılmış, respublikanın Avropa yolunu dəstəkləməyə hazır olan sənədi imzalayıblar.

Mənbə: Haber Global