“Qələbə” blokundan olan Moldova müxalifəti ölkənin 14 şəhərində elektrik enerjisinin yüksək tariflərinə qarşı mitinqlər keçirib.
RİA Novosti bu barədə siyasi qüvvənin mətbuat xidmətinə istinadən xəbər verir.
“Qələbə bloku Kişinyovda Enerji Tənzimlənməsi üzrə Milli Agentliyin binası qarşısında prezident Maia Sandu və hakim PDS partiyasının yaratdığı enerji böhranına qarşı fləşmob keçirib. Etirazçılar elektrik enerjisi tariflərinin yüksək olmasından narazılıqlarını bildiriblər”, – Moldova müxalifəti bildirib.