Moldovada ölkənin Avropaya inteqrasiyasına alternativin adı açıqlanıbbackend

Müxalif “Pobeda” blokundan Moldovanın prezidentliyinə namizəd Vasili Bolya bildirib ki, respublikanın Avropaya inteqrasiyasına alternativ MDB ilə əlaqələrə qayıdış ola bilər.

Onun sözlərini RİA Novosti sitat gətirir.

“Bu, Avrasiya iqtisadi məkanına inteqrasiya, ənənəvi tarixi ailəmizlə əlaqələrə qayıdışdır. Bu, ölkələrimiz arasında son 4 ildə dağılmış iqtisadi zəncirlərin bərpasıdır”, – deyə Bolya bildirib.