“Monako” Qolovinin qolu sayəsində iradəli qələbə qazanıbbackend

“Monako” Fransa çempionatının 21-ci turunun matçında “Nitsa” üzərində əzmkar qələbə qazanıb. Görüş 3:2 hesabı ilə başa çatıb.

“Monako”nun rusiyalı hücumçusu Aleksandr Qolovin start heyətində yer alıb və 77-ci dəqiqədə komandasının qələbə qolunu vurub. Maraqlıdır ki, qoldan üç dəqiqə sonra məşqçilər korpusu futbolçunu əvəzləyib.

“Monako”nun heyətində Denis Zakaria da qol vuraraq dubl edib. Penaltini dəqiq yerinə yetirən Gaetan Laborde və Evann Guessan “Nitsa”nın qollarına imza atıb. 54-cü dəqiqədən Dante Bonfin birbaşa qırmızı vərəqə aldıqdan sonra Nitsa azlıqda oynadı.

Mənbə: Lenta.ru