Monqolustan Putinin ölkəyə səfərinə BMT-nin reaksiyasından danışıbbackend

Rusiya prezidenti Vladimir Putinin sentyabrın əvvəlində ölkəyə səfəri ilə bağlı heç bir ölkə BMT-də Monqolustana təzyiq etməyə cəhd göstərməyib.

TASS xəbər verir ki, bunu Monqolustan prezidentinin müşaviri Erdenetsogtyn Odbyaar deyib.

Onun sözlərinə görə, BMT-nin Monqolustana münasibəti dəyişməyib.

“Heç bir dövlət heç bir şəkildə bizə təzyiq göstərməyə, etimadsızlıq ifadə etməyə, bəzi media və sosial şəbəkələrdə yazıldığı kimi əlaqələri görməməzliyə vurmağa və ya azaltmağa çalışmadı”, – Odbyaar deyib.