Bazar günü Monqolustanın qərbində, Rusiya ilə sərhəddən təxminən 340 kilometr aralıda 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb.
Əməliyyat məlumatlarına əsasən, zəlzələnin episentri Çuluut kəndindən təqribən 26 kilometr cənub-şərqdə və Baykal rift zonasının cənub-qərbindəki Xubsuqul gölündən təxminən 336 kilometr cənubda yerləşib.
Episentrdə zəlzələnin intensivliyi MSK-64 şkalası üzrə 7,6 bal olub.