Monqolustanda nazir və beş deputat kömür oğurlamaqda günahlandırılırbackend

Monqolustan dövlət şirkətinin “Erdenes Tavan-Tolgoi” şirkətindən kömür oğurlamaqda 1 nazir və Monqolustan parlamentinin 5 deputatı da daxil olmaqla 78 nəfər ittiham olunur.

Bu barədə TASS yazır.

“Onlara kömür oğurluğu ilə bağlı müxtəlif maddələrlə ittiham irəli sürülüb”, – məlumatda deyilir. İttiham edilən 42 nəfərin dövlət qulluqçusu olduğu bildirilir.

Təqsirləndirilənlər arasında fevralın 7-də istefa verən Monqolustanın əmək və əhalinin sosial müdafiəsi naziri Timurbaataryn Ayursaikxan da var, lakin onun istefası hələ təsdiqlənməyib.

Mənbə: TASS

İctimai.az