Monteneqro 2029-cu ilə qədər Avropa İttifaqının 29-cu üzvü olmağa ümid edir.Bunu ölkə prezidenti Yakov Milatoviç Antalya Diplomatik Forumunda (ADF) deyib, RİA Novosti xəbər verir.
Maloatoviç bu məqsədi iddialı, lakin real adlandırıb, çünki Podqoritsa əmindir ki, “Avropa, xüsusən də Rusiyanın Ukraynaya təcavüzündən sonra Aİ-nin genişlənməsinin Avropa qitəsinin təhlükəsizliyi ilə bağlı olduğunu çox aydın başa düşüb”.
O əlavə edib ki, Monteneqronun birliyə mümkün qoşulması hekayəsi bütün digər namizəd ölkələr üçün nümunə ola bilər.
Beş Qərbi Balkan ölkəsi Aİ üzvlüyünə rəsmi namizəd statusuna malikdir: Albaniya, Bosniya və Herseqovina, Şimali Makedoniya, Monteneqro və Serbiya.