Moskva vilayətinin sakini çay sahilində dincəldikdən sonra xəstəxanaya yerləşdirilib. Bu barədə regional Səhiyyə Nazirliyi məlumat yayıb.
Volokolamsk sakini su anbarına gedib və hündür sahildən suya tullanmaq qərarına gəlib. Bu yerdə çayın dərinliyini nəzərə almadığı üçün qəfil dibi ilə toqquşub və hər iki ayağını sındırıb.
Nəticədə 23 yaşlı zərərçəkən xəstəxanaya yerləşdirilib, həkimlər xəstənin sümük toxumasından istifadə edərək əməliyyat keçiriblər.
Mənbə: TASS