“Moskviç” markalı avtomobillər martın 3-də Rusiyadakı bütün dilerlərdə satışa çıxarılacaq

Martın 3-dən etibarən Rusiyanın bütün rəsmi dilerlərindən “Moskviç 3” krossoverləri və “Moskviç 3e” elektrik avtomobillərini almaq mümkün olacaq.

Bu barədə Moskva meri Sergey Sobyanin Telegram kanalında bildirib.

sözlərinə görə, Rusiyanın 23 şəhərində 52 satış və xidmət məntəqəsi açılıb. Yaxın gələcəkdə onların hamısının brend üslubunda bəzədiləcəyini bildirib.

“Diler şəbəkəsinin əməkdaşlarına təlimlər keçirilir. Onların missiyası yüksək səviyyədə xidmət göstərməkdir. Elektrikli avtomobillərlə işləməyə xüsusi diqqət yetirilir, çünki çoxları üçün bu, yeni təcrübədir”, deyə mer bildirib.

Mənbə: Gazeta.ru

İctimai.az

Oxşar xəbərlər