Mövlam Şıxəliyev general-mayor rütbəsindən məhrum edildibackend

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev və onun ailə üzvlərinin adına rəsmiləşdirilmiş əmlaklar müsadirə olunub.

APA xəbər verir ki, bu barədə Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə bu gün keçirilən iclasda elan olunmuş hökmdə qeyd olunub.

Üzərinə həbs qoyulmuş əmlakların dövlət nəfinə müsadirə olunacağı bildirilib.

Məhkəmənin hökmü ilə Mövlam Şıxəliyevin general-mayor rütbəsi də alınıb.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Mövlam Şıxəliyev 12 il, Yasin Məmmədov 10 il 6 ay, Vüsal Ələkbərov 11 il 2 ay, Sahib Ələkbərov isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

İstintaq dövründə zaminə buraxılmış Yasin Məmmədov, Vüsal Ələkbərov və Sahib Ələkbərov məhkəmə zalında həbs olunublar.