Mövsümün sonuncu turuna start veriləcəkbackend

Bu gün Misli Premyer Liqasında mövsümün sonuncu – XXXVI turuna bir oyunla start veriləcək.

İctimai.az xəbər verir ki, ilk oyun günündə “Səbail” “Sumqayıt”ı qəbul edəcək.

Görüş Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

Qeyd edək ki, sabah “Şamaxı” – “Qarabağ”, “Sabah” – “Neftçi” qarşılaşmaları keçiriləcək. Misli Premyer Liqasının 2024/25 mövsümünə “Turan Tovuz” – “Kəpəz”, “Araz-Naxçıvan” – “Zirə” matçı ilə yekun vurulacaq.