“Mozalan” efirə qayıdır – VİDEObackend

50 illik tarixi olan “Mozalan” satirik kinojurnalı yenidən efirə qayıdır.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Mozalan” satirik kinojurnalı uzun fasilədən sonra bu aydan yenidən yayımlanmağa başlayacaq.

Qeyd edək ki, bu ilin əvvəlində Azərbaycan Televiziyası və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə “Mozalan”ı yenidən dirçəltmək barədə qərar qəbul olunub.

İlkin mərhələdə “Mozalan” studiyasında son beş ildə çəkilən və heç bir televiziyada göstərilməyən çarxlar nümayiş olunacaq. Bu buraxılışların aprel və may aylarında yayımlanması nəzərdə tutulub. Paralel olaraq iki ay ərzində yeni çarxların çəkilişləri də aparılacaq. Yeni çarxlar Mədəniyyət Nazirliyinin və AzTV-nin birgə layihəsi əsasında çəkiləcək. İlkin mərhələdə çəkiləcək səkkiz tənqidi videoçarxın ssenari müəllifi və redaktoru İlqar Fəhmi, “Mozalan” studiyası tərəfindən yaradıcı heyətin rəhbəri isə Əlisəttar Quliyevdir. Gələcəkdə çəkilişlərə başqa ssenaristlərin də cəlb olunması planlaşdırılır. “Mozalan”nın ənənəsinə uyğun olaraq çarxların rejissorları da dəyişəcək.

“Mozalan”nın ilk buraxılışı bu gün, yəni aprelin 12-si saat 21:30-da yayımlanacaq.