MSK beş partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıbbackend

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında sentyabrın 1-ə təyin edilmiş növbədənkənar parlament seçkisində “Gələcək Azərbaycan”, “Müsavat”, “Azad Vətən”, “Vəhdət” və “Ədalət” partiyalarının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsi müzakirə edilib.

İctimai.az –ın xəbərinə görə, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.