“MUAMMA CİN: CİN” Azərbaycan Premyerasında Böyük Qala ilə Təqdim Olundubackend

Azərbaycan tamaşaçısı ilə görüşən “MUAMMA CİN: CİN” filmi, ölkəmizdə təşkil olunan möhtəşəm qala gecəsi ilə beynəlxalq səhnəyə güclü addım atdı. Bakı şəhərinin simvolu olan “Alov Qüllələrin”də yerləşən “Park Cinema”da baş tutan tədbir, tamaşaçılarının sayının çox olması səbəbindən  izdihama çevrildi. Filimin nümayiş etdirildiyi “Park Cinema”nın ən böyük zalı tamaşaçılarla dolub-daşdı və film nümayişinin sonunda uzun müddət alqışlarla qarşılandı.

Filmin rejissoru Bülənt Terzioğlu Azərbaycan tamaşaçısının diqqətindən məmnunluğunu bildirərək, qorxu janrında fərqli və təsirli bir atmosfer yaratmağı hədəflədiklərini qeyd etdi.

Film prodüseri və eyni zamanda aktyoru olan Emre Coşkun qalaların Azərbaycanda keçirilməsinin onlar üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı.

“Qardaş ölkə Azərbaycan tamaşaçısı ilə bu coşğunu yaşamaq bizim üçün böyük qürurdur. Tamaşaçılarımızın marağı və dəstəyi, gələcək layihələr üçün bizə güc verir.” -deyə Emre Coşkun bildirib

Emre Coşkun, yaxın gələcəkdə fərqli ölkələrdə də oxşar tədbirləri planlaşdırdıqlarını əlavə etib.

Filmin Azərbaycandakı nümayişini həyata keçirən Yalçın Çoban təşkilata göstərilən maraqdan məmnunluğunu ifadə etdi və iki ölkə arasındakı mədəni əlaqələrin kino vasitəsilə daha da möhkəmlənəcəyini bildirdi. Çoban, bu əməkdaşlığın yeni layihələrlə davam edəcəyinə işarə edib.

Qala gecəsi boyunca sosial şəbəkələrdə minlərlə paylaşım edildi və tədbir qısa müddət ərzində gündəmə damğasını vurmağı bacarıb. Qorxu janrına iddialı bir nəfəs gətirən “MUAMMA CİN: CİN”, Azərbaycandakı bu möhtəşəm təqdimatla həm tamaşaçıdan yüksək qiymət aldı, həm də beynəlxalq arenada adından söz etdirməyi bacardı.

Film Haqqında:

Adı: “Muamma: Cinə-i Cin”

Rejissor: Bülənt Terzioğlu

Prodüser: Emre Coşkun

Ssenari: Emre Coşkun

Ümumi Kordinator: Yalçın Çoban

Aktyorlar: Özcan Varaylı, Sebahat Adalar, Elif Baysal, Emre Coşkun, Deniz Erinç, Gürkan Erduvan, Bilge Topal, Yeşim Emre, Cengizhan Başak, Bülənt Özsoy, Aytunç Güler

Hekayə: 1990-cı illərdə Ankaranın Kayı kəndində baş vermiş həqiqi bir hadisə ssenariləşdirilmişdir. Bir evə edilən cadu nəticəsində evdə yaşanan paranormal hadisələr ailəni çıxılmaz vəziyyətə salır.

Çəkiliş zamanı baş verənlər:

Filmin çəkilişi zamanı da  bir çox paranormal hadisələr qeydə alınıb. Çəklişin ilk günü görüntü filmin rejissoru ürək tutmasından müalicə almağa məcbur olub . Çoxlu avadanlıqlar öz-özünə yoxa çıxıb. Kameralar evin bəzi otaqlarında işləməyib və çəklişin baş verdiyi xaricə çıxarıldıqda isə yenidən işləməyə başlayıb. Səhnə menecerinin yeni sərdiyi döşəkağlarını üzərinə örtülmüş yorğan qaldırıldığında isə əqrəblər peyda olurdu. Filmin çəklişi həqiqi medyumların dəstəyi ilə real sehr kitablarından  hazırlanmış ciddi cadularla çəkilirdi.