Müasir Azərbaycan dövlətçiliyinin memarı, böyük sınaqlardan çıxmış siyasətçi!backend

Ulu öndər Azərbaycanda hamının eyni dərəcədə inandığı azərbaycançılıq ideologiyasının müəllifidir. Heydər Əliyev milli tarix üçün böyük əhəmiyyət daşıyan qərarlar qəbul edilən zaman əsl vətənpərvər mövqeyi tutmuş, özünün siyasi bacarığı sayəsində Azərbaycanı ictimai-siyasi böhrandan xilas etmiş, xalqının qəlbində sabaha inam hissi yaratmağı bacarmışdır. Ümummilli liderimiz bütün zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, təbiətin bəxş etdiyi bir çox keyfiyyətlər sayəsində tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdir. Heydər Əliyev çox istəyirdi ki, Azərbaycan xalqı xoşbəxt yaşasın, sülh, əmin-amanlıq bərqərar olsun. Xalqımızın Ümummilli Lideri məhz öz potensialımıza arxalanaraq, öz gücümüzə güvənərək, Azərbaycanı anarxiyadan, böhrandan, iqtisadi tənəzzüldən bugünkü tərəqqi yoluna gətirib çatdırmışdır.

Ümummilli lider şəxsiyyət kimi zamanın yaddaşında bir də ona görə əbədilik qazanıb ki, tükənməz istedadını, zəngin təcrübəsini azad və müstəqil dövlət qurmağa sərf edib və hər şeydən əvvəl, xalqın xilaskarı olub. Fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan torpağının, Azərbaycan dövlətinin, Azərbaycan xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış,müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün ola bilən hər bir işi görmüş ümummilli liderimiz Heydər Əliyev bəşər tarixində hər hansı bir dövlətin başçısının öz ölkəsi üçün edə bilmədklərini Azəbaycan üçün reallığa çevirmişdir…Azərbaycanın uğurlarında Heydər Əliyevin zəngin fəaliyyətinin izi var.

Heydər Əliyev misilsiz xidmətlərinə görə, hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq. Çünki bu dahi insan xalqımız qarşısındakı xidmətləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş böyük azərbaycanlıdır. Heydər Əliyev Vətəni, Milləti, Dövləti sevməyin, ona təmənnasız xidmət etməyin canlı nümunəsi idi. Və elə bunlara görə də hər bir azərbaycanlının qəlbini, düşüncəsini fəth edə bildi. Onun milli qürur, fəxr-fəxarət ünvanına çevrildi. Ümummilli lider Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi doğacaqdır” fikri tam reallaşacaq. Dünya birliyi müstəqil, qüdrətli və demokratik Azərbaycan dövlətini örnək göstərəcək. Ölkəmizin taleyi etibarlı əllərdədir. Zamanın çərçivəsinə sığmayan bu böyük insanı sözün çərçivəsinə sığışdırmaq çox çətindir. Onun haqqında nə qədər deyilsə də çox azdır.

Ümummilli liderimiz həyatının son anlarında da Azərbaycanda azadlığı bərqərar etdi, xalqın azad yaşamaşını da təmin etdi. Bir ömür yaşadı, tarix yaratdı, şanlı dövlət qurdu, xalqın içində yaşadı, Heydər Əliyev şəxsiyyəti! Bu faktlar danılmazdır. Bəli, Heydər Əliyev həyatını cismən başa vursa da, ruhən bizimlədir, fəaliyyətimizin, nailiyyətlərimizin istiqamətvericisidir. Heydər Əliyev əbədiyaşardır, o,dünya durduqca Azərbaycan xalqının qəlbində yaşayacaq, bütün insanlar tərəfindən həmişə ən görkəmli ictimai-siyasi və dövlət xadimi kimi xatırlanacaq – əsil əbədiləşmiş ömür, bax, elə budur!

Biz Azərbaycan vətəndaşı olaraq Qəlbi daim Azərbaycanla döyünən, xalqın sevimlisi əbədi ümummilli liderimiz hər an sizi anır, xalq üçün etdiyiniz xidmətlərinizi unutmuruq. Ruhunuz şad, məkanınz cənnət olsun!

Vüsalə Fətullayeva

Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin Şura üzvü və fəalı 

İctimai.az