Müdafiə Nazirliyi Azərbaycan ictimaiyyətinə müraciət etdibackend

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı Ermənistanın informasiya təxribatlarına cavab verib. 

İctimai.az-ın məlumatına görə, V.Dərgahlı mətbuat konfransında deyib ki, Ermənistan tərəfi Azərbaycan tankının vurulması, “Qrad” yaylım atəşli reaktiv sistemindən istifadə olunması, qan çatışmazlığı kimi şayiələr yayıb.

V.Dərgahlı Azərbaycan ictimaiyyətini düşmənin dezinformasiyalarına inanmamağa çağırıb.

O, 2016-cı ilin aprel ayındakı əməliyyatlarda olduğu kimi, Müdafiə Nazirliyinin elektron poçt qutusuna on minlərlə müraciətin daxil olduğunu da bildirib.

V.Dərgahlının sözlərinə görə, bu günə olan məlumata əsasən, Müdafiə Nazirliyinə 17 minə yaxın müraciət daxil olub.

İctimai.az