Müdafiə Nazirliyi vətəndaşlara müraciət edibbackend

Avqustun 9-da Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçiriləcək.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasına qarşı mübarizə ilə bağlı müvafiq qərarına əsasən Azərbaycan Ordusunun şəxsi heyətinin təhlükəsizliyini təmin etmək və hərbi qulluqçuların yoluxmasının qarşısını almaq məqsədilə valideynlərin, eləcə də ictimaiyyət və KİV nümayəndələrinin andiçmə mərasimlərində iştirakı qadağandır.

Vətəndaşlardan bu qərara anlayışla yanaşmaq və andiçmə mərasimlərinə gəlməmək xahiş olunub.

İctimai.az