Müdafiə Nazirliyinin daha bir maliyyə xidməti rəisi həbs edildibackend

27 sentyabr 2022-ci ildə Bakı Hərbi Məhkəməsi Dövlət Təhlükəsizlik Xidmətində istintaqı davam edən cinayət işi üzrə Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidməti rəisi Məlikzadə Rəşad Səfər oğlu barəsində vəsatətə baxaraq, onun barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında qərar qəbul edib.

“Unikal” xəbər verir ki, Rəşad Məlikzadə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdara mənimsəmə) maddəsi ilə təqsirləndirilir. O, 8.355.486,00 manat pul vəsaitini mənimsəməkdə ittiham olunur.

Məlum olur ki, dövlətə vurulmuş xüsusilə külli miqdarda ziyanın dövlət büdcəsinə ödətdirilməsi üçün Müdafiə Nazirliyinin Maliyyə Xidmətinin rəhbər hərbi qulluqçularının əməllərinin sübuta yetirilərək məsuliyyətə cəlb olunmaları davam edir.