Müəllim iki məktəblini aldadıb, üçüncüsünü isə az qala zorlayıbbackend

Amerikanın Kanzas ştatından olan müəllim məktəbliləri zorlamaqda ittiham olunur.

Bu barədə Ad Astra Radio məlumat yayıb.

Whitney Shull adlı müəllimin yaşları göstərilməyən iki yeniyetmə ilə münasibəti olub. İddialara görə, onlardan biri cinsi əlaqəyə girməyə razılaşıb, ikincisini isə zorlayıb. O, üçüncü yeniyetməni də biləklərindən tutaraq zorlamaq istəyib, lakin buna nail olmayıb.

Şull həmçinin yetkinlik yaşına çatmayanlar üçün spirtli içki almaqda ittiham olunur. Onun məktəbliləri cinsi əlaqədən əvvəl sərxoş edib-etmədiyi barədə məlumat verilmir.

Qadın həbs olundu, lakin 20 min dollar girov ödəyə bildiyi üçün tezliklə sərbəst buraxıldı. Məhkəmənin qərarı ilə o, iş üzrə zərərçəkmiş və şahidlərlə əlaqə saxlaya bilməz. İlk iclas gələn həftənin əvvəlinə planlaşdırılıb.