Müğənni Rihanna ikinci övladını dünyaya gətiribbackend

TMZ daxili mənbələrə istinadən xəbər verir ki, amerikalı müğənni Rihanna avqustun əvvəlində ikinci dəfə ana olub. Nəşrin məlumatına görə, Rihanna və A$AP Rocky artıq rəsmi olaraq ikinci övladlarının valideynləridir. Nəşr onun bu ayın əvvəlində gizli şəkildə başqa oğlan uşağı dünyaya gətirdiyini öyrənib.

TMZ-nin istinad etdiyi mənbələr körpənin avqustun 3-də Los-Ancelesdə doğulduğunu və adının R hərfi ilə başladığını bildirir.

2023-cü ilin fevralında Rihannanın ikinci uşağına hamilə olduğu barədə ilk xəbərlər ortaya çıxdı.

Mənbə: TMZ