Müharibədən əziyyət çəkən qadınlara sosial-psixoloji dəstək göstəriləcəkbackend

Gəncə Regional Qadın Mərkəzi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə  “Müharibədən əziyyət çəkən qadınlara sosial-psixoloji dəstəyin göstərilməsi” layihəsini davam etdirir.            Layihənin icra müddəti 01.02.2022-01.05.2022-ci ili əhatə edir.

Əsas məqsəd: sosial-psixoloji maarifləndirmə işlərini aparmaq və dövlət proqramlarına təşviq etməklə şəhid ailələrinin və raket hücumunə məruz qalan şəxslərin reabilitasiyalarına nail olmaq, Qarabağın dirçəldilməsinə və inkişafına cəlb etməkdir.

Bu məqsədə nail olmaq üçün

  •  Müharibədən əziyyət çəkmiş şəhid ailələrinin, raket hücumuna məruz qalmış şəxslərin və onların ailələrinə müvafiq sosial, psixoloji və hüquqi dəstək göstəriləcəkdir;
  • Müharibədən əziyyət çəkmiş əhali qrupu ilə, xüsusilə də, qadın və uşaqlarla mütəmadi maarifləndirici görüşlər təşkil ediləcəkdir;
  • Şəhid övladlarının onlar üçün təşkil edilmiş düşərgələrdə iştirak edərək sosiallaşacaqdırlar;
  • İşğaldan azad edilmiş bölgələrə – Ağdam, Suqovuşan-Talışa şəhid anaları və həyat yoldaşlarının səfərləri təşkil ediləcəkdir.