Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bir daha Ermənistana və havadarlarına qalib gəldi.
Bildiyimiz kimi Avropa İttifaqının aktiv iştirakıyla Azərbaycan-Ermənistan arasında sərhədlərin demilitasiya və demarkasiyasının həyata keçirilməsi, böyük sülh müqaviləsinə hazırlıq məqsədiylə müxtəlif danışıqlar, təmaslar həyata keçirilməkdə, qarşılıqlı şəkildə düşmənçilik iqliminin yumşaldılmasına töhfə verəcək addımlar atılmaqdadır. Son iclasda bu qəbildən olan təşəbbüslərdəndir. Bakı sülh və əməkdaşlıqdan yana mövqeyini davam etdirərək 10 Noyabr sazişi imzalandıqdan sonra səbr nümayiş etdirərək sülh müqaviləsinin imzalanmasının bu qədər uzanmasına tolerantlıq nümayiş etdirir. Sərhəd yaşanan atəşkəs pozulmaları və Zəngəzur dəhlizi ilə bağlı mənasız əsaslandırmalar iki ölkə arasında gərginliyin artmasına səbəb olur. Lakin, Azərbaycan sülhə sadiq olduğunu və Ermənistanda bu istiqamətdə addımlar atmağa cəhdlərin olduğunu nümayiş edirik.
Bütün bu etimad artırıcı addımlar Ermənistan daxilindəki fərqli mərkəzlərə bağlı olan siyasi qüvvələrin yaratdığı əngəlləri, revanşizm meyillərini aşaraq normallaşmadan yana qəti və həlledici addıma çevrilə biləcəkmi bunu zaman göstərəcək. Fəqət bütün qlobal və regional aktyorlar, Rusiyanın prosesdən gözləntiləri, Kremlin Türkiyə ilə Ermənistan arasında münasibətlərin yaxşılaşmasında nə qədər maraqlı olacağı geniş coğrafiyaları əhatə edən Türkiyə–Rusiya münasibətlərinin hansı məcraya doğru axacağından da asılı olacağı kimi Azərbaycan-Ermənistan arasında qalıcı sülh mühitinin yaradılmasında maraqlı olub olmadığı sualına da veriləcək cavablar təsir edici mahiyyətdədir.
Azərbaycanın ərazi bütövlüyünü təmin edərək regionda çəkisini artırmasından, Zəngəzur dəhlizinin açılmasıyla Türk Dünyasının inteqrasiyasının daha da dərinləşməsindən narahat olan İranın da Bakıyla münasibətləri gərginləşdirərək Yerevanı cəsarətləndirici addımlar atması da regiondakı geosiyasi mübarizənin başqa bir çalarını təşkil etməkdədir. Bütün bu amillər və Ermənistan daxili faktorlar da diqqətə alındığında yer-yer fasilə verilən, çəkişməli, heç də asan olmayan bir prosesin getdiyini görmək mümkündür. Azərbaycan – Ermənistan arasında daimi sülhə nail olunması bütövlükdə Cənubi Qafqaza sülh gətirəcəkdir. Lakin, Azərbaycan Respublikası prezidenti İlham Əliyev cənabları dəfələrlə çıxışlarında çox deyil yüz il əvvəl İrəvan, Zəngəzur kimi tarixi Azərbaycan torpaqlarından Müsəlman Türk əhalinin köçə məcbur edilməsiyl o torpaqlarda bir erməni dövləti qurulması həqiqətinə baxmayaraq Bakının Ermənistanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu, lakin Ermənistanın da Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq ölkə daxilində artıq mövcud olmayan “Dağlıq Qarabağ” siyasi-inzibati vahidinə status adı altında Azərbaycanın daxili işlərinə qarışmağa son verməsinin vacib olduğunu ifadə etmişdir. Əksi halda Ermənistanı daha çətin günlər gözləyir. Regionda sülh və əməkdaşlığın hakim olması burada yaşayan bütün xalqların xeyrinədir.
Mehman Musayev
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının fəalı,
AAYDA Magistral Yolların İstismarı və Təmiri Şöbəsinin rəisi
