Amerikalı sahibkar və multimilyarder Elon Musk antisemit olması ilə bağlı ittihamları qəti şəkildə rədd edib. Bu barədə Mask X sosial şəbəkəsindəki səhifəsində yazıb.
Sahibkarın sözlərinə görə, ötən həftə mediada onu antisemitizmdə ittiham edən yüzlərlə yalan xəbər çıxıb. Mask bu cür ittihamların həqiqətdən tamamilə uzaq olduğunu vurğulayıb. O qeyd edib ki, bəşəriyyətin bütün nümayəndələrinə yalnız daha yaxşı, firavan və həyəcanlı gələcək arzulayır.
Bundan əvvəl amerikalı multimilyarder İlon Mask demişdi ki, noyabrın 20-də X sosial şəbəkəsi biznesmenin “antisemit” bəyanatları ilə bağlı qalmaqalda ona qarşı çıxan bütün təşkilatları məhkəməyə verəcək.
Mənbə: Lenta.ru