X sosial şəbəkəsinin sahibi, multimilyarder İlon Mask Avropa İttifaqının daxili bazar üzrə komissarı Tyerri Bretonu məşhur komediya personajı ilə müqayisə edib. Bu barədə Mask X şəbəkəsindəki səhifəsində yazıb.
Biznesmenin sözlərinə görə, Breton ona həmişə absurd yumoru ilə məşhur olan Britaniyanın Monty Python komediya qrupunun fransız istehzaçısını xatırladır.
Maskın ABŞ prezidentliyinə namizəd Donald Trampla gözlənilən müsahibəsi ərəfəsində Breton sosial şəbəkənin sahibinə “zərərli məzmuna” görə məsuliyyət barədə xəbərdarlıq edib. Avropa komissarı Maskı rəqəmsal xidmətlərlə bağlı Aİ qanununa əməl etməyə çağırıb.
Mənbə: Gazeta.ru