Musk “Ulduz yolu”nu gerçəkləşdirmək istədiyini bildiribbackend

SpaceX kosmik şirkətinin məqsədi digər ulduz sistemlərinə səyahət etmək və yadplanetlilərlə görüşməkdir.

bu barədə şirkətin təsisçisi, amerikalı milyarder Elon Mask Texasda açıqlama verib.

Agentlik onun sözlərini sitat gətirib: “Sizə SpaceX-in məqsədi barədə danışacağam. Biz “Star Trek”i  gerçəkləşdirmək istəyirik”.

Şirkətin gələcəyindən danışan Mask insanların böyük kosmik gəmilərdə digər planetlərə səyahət etməsini və “nəhayət, yadplanetlilərlə görüşə biləcəyimiz və ya yadplanetli sivilizasiyaları kəşf edə biləcəyimiz digər ulduz sistemlərinə” səyahət etməsini xəyal edib.