“Müstəqil həyata sağlam inteqrasiya” layihəsinin Buzovnada yerləşən 8 saylı internat məktəbindəki  ilkin hissə başa çatıbbackend

“İnternat Məzunlarının Sosial İnteqrasiyası” İctimai Birliyinin Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Müstəqil həyata sağlam inteqrasiya” uşaq evləri və internat məktəblərində təhsil alan və həmin müəssisələrdən məzun olan gənclərin psixo-sosial reabilitasiyası layihəsinin Buzovna 8 nömrəli internat məktəbi hissəsi uğurla başa çatıb.

İnternat məktəbində keçirilən bağlanış mərasimində “İnternat Məzunlarının Sosial İnteqrasiyası” İctimai Birliyinin sədri Araz Əhmədov, “Loqos” un Təlim-tədris şöbəsinin rəhbəri Günel Axundova, PXTM-nin icraçı direktor müavini Rəşad Bayramov, “Loqos” un baş psixoloqu Elmira Mirzəyeva, Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Kamran Məmmədov iştirak ediblər.

Çıxış edən natiqlər layihənin əhəmiyyətindən danışıblar və bildiriblər ki, Fond tərəfindən dəstəklənən bu layihə internat məzunları üçün çox faydalıdır.

Daha sonra “Loqos” un baş psixoloqu Elmira Mirzəyeva tərəfindən  layihə iştirakçıları üçün psixodiaqnostik aparatı vasitəsilə müayinə  keçirilib.

Məlumat üçün bildirək ki, layihə çərçivəsində Buzovna  8 nömrəli internat evində 10 nəfər gəncə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin mütəxəssisləri tərəfindən 8 seansdan ibarət psixoloji reabilitasiya xidməti göstərilib.

Qeyd edək ki, artıq layihənin psixoloji reabilitasiya xidməti başa çatıbdır. İndiyə qədər layihə çərçivəsində 30 nəfər gəncə (Mərdəkan, Maştağa və Buzovna) psixoloji xidmət göstərilib, qrup terapiyaları və qrup işləri təşkil edilibdir.

İctimai.az