Mütəxəssislər kosmik peyklərin haker hücumlarına qarşı həssaslığını açıqlayıblar

“İzvestiya” qəzeti yazır ki, Yerə yaxın orbitdə olan kosmik peyklər haker hücumlarına qarşı tamamilə müdafiəsiz ola bilər.

Belə ki, Almaniyanın Bohum şəhərindəki Ruhr Universitetinin aspirantı Yohannes Vilboldun apardığı araşdırmaya görə, peyklərin əhəmiyyətli bir hissəsi hakerlər tərəfindən uzaqdan ələ keçirilə bilər. Üç növ kosmik gəmini tədqiq etdikdən sonra Vilbold belə qənaətə gəldi ki, onların əksəriyyətində ən sadə təhlükəsizlik sistemləri yoxdur. Bununla bağlı alim bahalı peyklərin şifrələnməsinə və autentifikasiyasına çağırıb.

“İnit” İT şirkətinin direktoru Sergey Semyonov nəşrə bildirib ki, bir çox kosmik gəmilər köhnəlmiş əməliyyat sistemlərində işləyir və həmçinin proqram təminatının yenilənməsi imkanları məhduddur. Bu amillər peykləri haker hücumlarına qarşı həssas edir.

Mənbə: İzvestiya

Oxşar xəbərlər