Movistar xəbər verir ki, ispan tennisçi Rafael Nadal Kilian Mbappeni Real Madriddə görmək istədiyini bildirib.
“Mbappe Real Madridə keçsə, şad olardım” Mbappeni bəyənirəm. Amma o, Real Madridə getmək məcburiyyətində deyil. Və Real həmişə fərdi oyunçudan daha böyük olacaq”, – Nadal bildirib.
İyulun 24-də “Relovo” xəbər verib ki, Mbappe PSJ-dən Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçməkdən imtina edib, baxmayaraq ki, klublar artıq transferlə bağlı razılığa gəliblər. Forvard Real Madrid ilə apardığı gizli danışıqların cəzası olaraq bütün növbəti mövsümü PSJ-də ehtiyat oyunçular skamyasında keçirməyə razılaşıb.
Mənbə: TRT Sport

