Namizədin qeydə alınması üçün zəruri olan sənədlərin təqdim edilməsi nə vaxta qədər davam edəcək?backend

“Namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin müvafiq seçki dairələrinə təqdim edilməsi səsvermə gününə ən çox 50, ən azı 30 gün qalmış saat 18:00-a qədər davam edəcək”.

İctimai.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova deyib.

A.Muxtarova bildirib ki, bu proses iyulun 13-dən başlayaraq, avqust ayının 2-si saat 18:00-da başa çatacaq.