Namizədliyi qeydə alınmayan gənc: «Cənab Prezident İlham Əliyevin canı sağ olsun»backend

Namizədliyi qeydə alınmayan gənc: «Cənab Prezident İlham Əliyevin canı sağ olsun»

Bu gün 28 saylı Sabunçu III Seçki Dairəsindən namizədliyini irəli sürmək istəyən Nəzərbəy Hacıağayevin şikayətinə MSK-nın iclasında baxıldı. Bu barədə Nəzərbəy Hacıağayev özü açıqlama verdi. O qeyd edib ki, Məzahir Pənahov namizədliyin qeydə alınması üçün əlindən gələni əsirgəmədi. Ancaq DSK-nın saxtakar üzvlərinin təkidi ilə imza vərəqələrinə qeyd etdiyim 11.01.2020-ci il tarixi DSK-a tərəfinfən aktlaşdırılmışdı. Mən qanundan kənar bir tələb irəli sürmədim. Qeyd edim ki, qanun tələbi nədirsə ona əməl etmək lazımdır. Ancaq fürsət istifadə edib DSK-nın namizədlərə yaratdığı əngəldən danışdım. Eldar Quliyev öz əməlinə görə peşman olmayacaq. Çünki bu prosesin baş verməsi üçün insanda daxili bir vicdan sistemi olmalıdır. Eldar Quliyevin belə etməsinin əsas səbəbi isə sadə idi. Onun «Gənclərə Maştağada uşaq gözü ilə baxılır» açıqlamasına mən yerindəcə cavab verdim. Şükür Allaha imza vərəqlərinin sürəti hələ də məndədir. Orda çox yaşlı insanların imzası olduğu kimi mənə verdikləri xeyir dualar Eldar müəllimin səhf etdyinin bariz nümunəsi idi. İnlar bu şəxsi millət vəkili kimi tanımadıqları qədər, etimad göstərmirdi. Ancaq o ərazidə böyük xalq sevgisi olan məni uzaqlaşdırmaqla saxta qələbəsini bir qədər də inandırıcı göstərmək üçün idi. Vətən sağ olsun! Cənab Prezident İlham Əliyevin canı sağ olsun. Bizim dövlətimizə, vətənimizə və Prezidentimiz İlham Əliyevə sevgimiz qarşılıqsızdır. Bu sevginin qarşılığında heç bir maddi gözlənti yoxdur. Hazır ki Millət vəkili Eldar Quliyev kimi, Sabunçu Rayonu İcra Hakimiyyətinin başçısı Adil Vəliyev kimi, və onların sözü ilə oturub duran Hacıbala Babayev və Nürəddin Rəhimov kimi bürokratlar cənab Prezidentə olan inanımızın və sevgimizin itməsinə səbəb ola bilməz. Bu gün bu saxtakarların cənab Prezidentin islahatlarına zərbə vuraraq «kreslo»lara gəlməsi və ya orda qalması prosesi çox uzun sürməyəcək. Bəylər az qalıb islahatlar dönəmində hamınız tarixin unudulan yaddaşına qovuşacaqsız.